Masallı rayonunda 1998-ci il təvəllüdlü İsmət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ləmana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ər-arvadın birgə yaşadıqları Masallı şəhəri, Füzuli küçəsində evdə baş verib. İsmət həmin ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında Ləmanın geyiminin dar olması ilə əlaqədar aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı mobil telefonu yaxın məsafədən qəsdən ataraq ona bədən xəsarətləri yetirib.
Hadisəni törədən İsmətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ləmanla 2018-ci ildə ailə həyatı qurub və birgə nikahlarından 2 övladı var: “Təxminən 6 aydır ki, Masallı rayonunun Füzuli küçəsində kirayə yaşamışıq. Əvvəllər aramızda mübahisə olmayıb. Hadisədən əvvəl Ləman internetdən şalvar sifariş etdi. Sifariş etdiyi şalvarı göstərdi və mən yaxşı olmasını bildirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Ləman işdən çıxan zaman onun əynində olan şalvar və köynəyin dar olmasını görüb, ona irad bildirib: “Yolda mübahisə olmasın deyə evdə söhbət edəcəyimi dedim. Evə gəldikdən sonra şalvarın dar olmasını və geyindiyi paltarların adıma xələl gətirməsini, bundan sonra geyinməməsini bildirdim. Ləman yaxşı geyinməyə qoymadığımı, işçi yoldaşlarının yanında pis görsənməyini dedi. Bu zaman aramızda olan mübahisə artdı. Ləman təhqir etməyə başladı. Əsəbləşərək əlimdə olan sarı rəngli “HUAWEİ” markalı mobil telefonu Ləmanın üzərinə atdım. Telefon onun sol qaş nahiyəsinə dəydi və xəsarət aldı. Ləmanın qaşının partlamasını və qan axmasını görərək ona yaxınlaşdım, üzr istədim və qaşına buz qoydum. Ləman valideyinlərinə müraciət etdi. Təxminən 5 dəqiqə sonra anası gəldi və həmin zaman mən evi tərk etdim. Aramızda olan mübahisə təxminən 10 dəqiqə davam etdi. Hadisə fərdi yaşayış evinə olması səbəbindən heç kimin narahatçılığına səbəb olmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, həyat yoldaşı İsmətlə birgə nikahlarından 2 övladları var: “İsmətin razılığı ilə şalvar sifariş etdim. Hətta aldıqdan sonra evdə həmin şalvarı geyinərək ona göstərdim. İsmət paltarın yaxşı olmasını deyərək geyinməyimə icazə verdi”.
Zərərçəkmiş bildirib ki, hadisə günü işdən çıxanda İsmət onu götürərək evə aparıb: “Yolda olan zaman səbəbini bilmədən İsmət mənə şalvarımın pis olmasını söylədi və deyiləsi mümkün olmayan söyüşlərlə təhqir etməyə başladı. İsmətə özünün icazə verdiyini bildirdim. Evə çatdıqdan sonra İsmət yenə deyinməyə və məni təhqir etməyə başladı. Mənim boğazımdan tutaraq bir şillə vurdu. Uşaqlara çörək verdikdən sonra otaqda əyləşdik. İsmət yenə deyinməyə başladı və onun sözlərinə qulaq asmağa məcbur etdi. Telefonla məşğul olan zaman İsmət əlində olan mobil telefonu üzərimə atdı. Telefon sol qaş nahiyəmə dəydi. Xəsarət almağımı görən İsmət buz gətirərək qaşıma qoydu. Anama zəng edərək bu barədə məlumat verdim. Anam 10 dəqiqədən sonra evə gəldi. Masallı Rayon Mərkəzi Xəstəxanasına getdik. Orada müayinə edildikdən sonra anamın evinə gəldim”.
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən İsmətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az