“Biz növbəti ildə biləcəyik ki..." — Ekspertdən açıqlama

GÜNDƏM 20 fevral 2025, 18:30
İki il öncə pilot layihə kimi başladılan şagird davranış jurnallarının tətbiqi indi demək olar ki, bütün məktəblərdə həyata keçirilir.

Qeyd edək ki, bu jurnallar məktəblərdə nizam-intizamın qorunması, tədris prosesinin effektiv təşkili və müəllim-şagird münasibətlərinin düzgün tənzimlənməsi, eləcə də,  intizam pozuntularının qeyd olunması ilə yanaşı, şagirdlərin müsbət davranışlarının təşviqi və onların tərbiyəvi inkişafına dəstək üçün tətbiq olunub.

Maraqlıdır, bəs, hər fənn müəllliminin qeydiyyat aparması, jurnalların tətbiqinin şagirdlərin davranışına müsbət təsiri varmı?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bilidirib ki, pilot layihə kimi yalnız paytaxt  və bir neçə bölgə məktəblərində tətbiq olunan şagird davranış qaydaları 2025-2026 tədris ilindən etibarən bütün təhsil müəssisələrini əhatə edəcək:


“Eyni zamanda rəqəmsal məktəb layihəsi də məhz qeyd olunan tədris ilindən etibarən bütün təhsil müəssisələrində tətbiq olunacaq. Hər iki proses düşünülür ki, şagird davranış qaydalarının tənzimlənməsinə, eyni zamanda onların qiymətləndirilməsi, valideynlərin məktəblərlə daha uyğun kommunikasiya qurmaları, daha çevik formada fikirlərini bildirmələri və cavab almaları, o cümlədən övladlarını daim izləmək, onların təhsil göstəricilərini izləmək imkanı məhz rəqəmsal məktəb platforması ilə daha əlçatan olacaq. Ümumilikdə, bilirsiniz ki, müəllimlər bura qədər kağızdaşıyıcılar, jurnallar  üzərində qeydiyyat aparırdılarsa, bundan sonra yalnız elektron jurnalarda qeydiyyatlar, qiymətləndirmələr aparılacaq”.

Ekspert qeyd edib ki, valideynlər üçün bu övladını izləmək baxımının daha bir əlçatan vəziyyət yaradacaq:

“Şagirdlərin davranış qaydalarına gəldikdə isə bütün təhsil  müəssisələrini əhatə etdikdən sonra biz növbəti ildə biləcəyik ki, məsələn, bu aylarda təxminən artıq bu qaydalar nə dərəcədə effektivdir.  Əlbəttə, düşünürəm ki, effektiv olacaq, çünki bura qədər qaydalar bəlli deyildi. Müvafiq qərarlar alınarkəndə hansı qaydalara söykənilməsi ilə bağlı  hansı qaydalara əsas gətirilməsi ilə bağlı bir vasitə yox idi. Amma indi artıq şagird davranış qaydalarına söykənərək, ona əsas gətirərək müvafiq qərarlar alına biləcək. Əlbəttə, düşünürəm ki, bu effektiv olacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 20:46
Top