"Emin Əmrullayevin 30-35 yaşında elmi ad alan şəxslərin ömrü boyu bu addan istifadə etməməsi haqqında dedikləri düzgündür. Ancaq bir insanın elmi aktivliyi və ya fəaliyyəti aşağıdırsa, onun elmi dərəcəsinin alınması və ya salınması hüququ yoxdur. Dünyanın heç bir yerində belə şeyə rast gəlinmir. Sadəcə dünyada olduğu kimi bizdə də eyni qaydada alimləri aktivliyinə, beynəlxalq konfranslarda iştirakına, kitablara, proqramlara, əməkdaşlıqlarına, layihələrinə, müxtəlif kateqoriyalarda göstərdiyi nəticələrə görə mükafatlandırılmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Dr. Vüsal Kərimli deyib.
"Alimlərin mükafatlandırılması da elə nazirin yanaşmasının nəticəsidir. Alimlərin elmi adlarının alınması doğru yanaşma olmadığı üçün, başqa mexanizm qurulmalıdır. Elmi adların verilməsi birbaşa universitetlərin tabeliyinə verilməlidir. Müəllimlərin universitetlərdə fəaliyyətinə görə onlara dosent və ya professor adı verilir. Ancaq bu yalnız həmin universitet üçün keçərlidir. Həmin müəllim başqa universitetə keçdiyi zaman ona verilən ad tanınmaya bilər. Ali Attestasiya Komissiyasının verdiyi adlar hələ də üstünlük təşkil edir. Elmi adları Ali Attestasiya Komissiyası deyil, universitetlər verməlidir. Bu mexanizm üzərində çalışmaq lazımdır. Universitetlər bunu qəbul etsinlər ki, insanlar yalnız elmi adlar üçün fəaliyyət göstərməsinlər".
Əfsanə Kamal
Demokrat.az