Ukrayna Trampın tələblərini, yoxsa Rusiyanın ərazilərlə bağlı şərtlərini qəbul edəcək?

DÜNYA 20 fevral 2025, 17:11
Son günlər ABŞ-ın Ukraynanın təbii sərvətlərinə iddia etməsi ilə bağlı məlumatlar yayılır. “The Telegraph” nəşrinin verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın təbii sərvətlərlə bağlı Ukraynaya tələbi Almaniyanın Birinci Dünya müharibəsində imzaladığı Versal müqaviləsi təzminatlarından belə daha ağırdır. Tramp Ukraynadan kritik minerallara nəzarətdən əlavə, həm də limanlar, vacib infrastrukturlar, eləcə də neft və qaza qədər hər şeydə ABŞ-ın payı olmasını tələb edib.

Həqiqətən də Tramp ağır tələblər irəli sürüb? Ukrayna Trampın sözügedən tələblərini, yoxsa Rusiyanın ərazilərlə bağlı şərtlərini qəbul edəcək?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Zelenski və Ukrayna xalqı üçün vəziyyət çox çətindir:

“Yəni, əslində, həm də belə fikirlər var ki, Ukraynanın bu duruma düşməsinin bir səbəbkarı Zelenski oldu. Bəlkə də bu fikirlərdə həqiqət payı da var. Hazırkı situasiyanı çox ağır qiymətləndirirəm. Yəni, Rusiya torpaqlarını işğal edib faktik olaraq. Amerika da təbii sərvətlərinə iddia edir. Yəni, o da işğalın bir başqa formasıdır. Ukrayna dövləti və xalqı, iki böyük dövlət arasında bölünmə və parçalanma mərhələsindədir. Ona görə də hesab edirəm ki, Ukrayna üçün çox çətin olacaqdır”.

Siyasi şərhçi onu da bildirib ki, şərtlər həddindən artıq ağırdır:

“Düzdür, Zelenski müqavimət göstərir, Avropanın müəyyən ölkələri də dəstək vermək iddiasında çıxış edir. Amma onların verəcəyi dəstək Amerikanın verə biləcəyi dəstək deyil. Yəni, əgər Amerika dəstək vermirsə, bu situasiyanı mən Ukrayna və dövləti və xalq üçün çox ağır bir situasiyaya hesab edirəm. Əgər Amerika bu dəstəyi çəkərsə, Ukraynanın Rusiya qarşısında müqavimət edə biləcək hər hansısa bir potensialı yoxdur.  Yəni, ona görə hər şərtlər ağırdır. Rusiya 30% ərazini işğal edib, Amerika da təbii sərbətləri işğal etmək istəyib. Bu mənada Ukrayna üçün yolun sonudur”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 22:20
21 fevral 2025, 20:46
Top