Cəbrayılda babalarımızın, nənələrimizin qəbirlərini ziyarət edəcəyik

QARABAĞ 19 fevral 2025, 09:36
“Otuz iki ildən sonra doğma torpaqlara qayıdırıq. Babalarımızın, nənələrimizin qəbirləri oradadır, gedəndən sonra ziyarət edəcəyik”.

Demokrat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında doğma yurduna qayıdan Cəbrayıl sakini Ramiz Teymurov söyləyib.

O, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkür edib.

“Allah torpaqlarımızı uzun həsrətdən sonra işğaldan azad edən Azərbaycan Ordusuna cansağlığı versin, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət eləsin”, - deyə keçmiş məcburi köçkün əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top