Çilidə 5,7 maqnitudalı zəlzələ baş verib

HADİSƏ 19 fevral 2025, 00:04
Çilidə 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu  barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 129 min nəfərin yaşadığı Kopyapo şəhərindən 139 km şimal-qərbdə, zəlzələ ocağı isə 35 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top