"Şübhəsiz ki, Gürcüstan o cümlədən digər dövlətlər qondarma seçkini və nəticələrini tanımayacaqlar. Çünki bölgə Rusiya tərəfindən işğal olunub, Gürcüstandan qoparılmağa çalışılır. Orada baş verənlər sadəcə daxili planlararası mübarizədir. Bunun seçki və demokratiyaya heç bir aidiyyatı yoxdur".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
"Abxaziyadakı seçkilər o zaman legitim sayılar ki, həm güney Asetiya, həm də Abxaziya Rusiya işğalından azad olmuş olsun, Gürcüstana geri qaytarılsın. Bölgənin Gürcüstana qaytarılmasından sonra bölgədə demokratik olaraq keçirilən seçkilər legitim seçkilər olacaq. Məsələnin xüsusi şərhə ehtiyacı yoxdur, birmənalı mövqedir. İşğal altında olan bölgədə, süngülər, silah səsləri altında keçirilən heç bir seçkinin legitimliyi ola bilməz".
Qeyd edək ki, Azərbaycan 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "növbədənkənar prezident seçkisi"ni, həmçinin onun nəticələrini tanımadı.
Əfsanə Kamal
Demokrat.az