ABŞ İsrailə ağır bombalar göndərib

DÜNYA 16 fevral 2025, 13:18
ABŞ-nin sabiq prezidenti Co Bayden administrasiyasının daha əvvəl İsrailə tədarükünə qadağa qoyduğu ağır "MK-84" bombalarını daşıyan ilk gəmi gecə saatlarında Aşdod limanına çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Gəmidən boşaldılan 1 800 bomba yük maşınları ilə İsrail aviabazalarına daşınıb.

Müdafiə naziri İsrael Kats bunun İsrail və ABŞ arasında güclü müttəfiqliyin növbəti sübutu kimi dəyərləndirib və bu qərara görə Donald Tramp administrasiyasına təşəkkür edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top