İsrail 2025-ci ildə İranın nüvə obyektlərinə zərbə endirə bilər.
Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu nəticə ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının son günlərində hazırlanmış analitik hesabatda yer alıb.
Sənəddə 2024-cü il ərzində İranın imkanlarının zəiflədiyi və bunun nəticəsində regionda hərbi aktivliyin artması risklərinin mövcud olduğu vurğulanır.
Kəşfiyyat məlumatları ilə tanış olan iki mənbəyə görə, İsrail belə zərbələr üçün Donald Tramp administrasiyasının dəstəyini almağı planlaşdırır, çünki onu keçmiş prezident Co Baydendən daha çox bu hücumu dəstəkləməyə meyilli hesab edir. (Musavat.com)