“Azərişıq” yaranmasının 10-cu ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirdi — FOTOLAR

SOSİAL 12 fevral 2025, 17:09

“Azərişıq” ASC 10 fevral – qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar bir sıra silsilə tədbirlər həyata keçirir.

Növbəti belə tədbirlərdən biri qana ehtiyacı olan insanların müalicəsinə dəstək məqsədilə təşkil edilib. Qanvermə aksiyasına könüllü olaraq qatılan əməkdaşların sağlamlıq durumu Mərkəzi Qan Bankının həkimləri tərəfindən qiymətləndirildikdən sonra iştiraklarına icazə verilib. 

Aksiya Bakı ilə yanaşı regionlarda da davam edir. “Azərişıq” ASC belə qanvermə aksiyalarının keçirilməsində mütəmadi iştirak edir.  



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top