Nazirlik övladlarını çöpçüyə aparan valideynlərə müraciət etdi

SOSİAL 12 fevral 2025, 15:32
"Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, onların həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislərə etibar etsinlər".

Demokrat.az xəbər verir ki, bunu K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Cərrahlığı şöbəsinin direktoru, uşaq cərrahı Umud Musayev deyib.

Cərrah qeyd edib ki, sadəcə çöpçüyə inanan valideynlərin uşağının "çöpü qalır".

"Biz çöpçüyə aparılandan sonra ağırlaşmaları çox görürük", - deyə cərrah əlavə edib. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top