Rəşad Sadıqovun 1 nömrəli dərdi bilirsiz nədir?

İDMAN 12 fevral 2025, 18:42
"Zirə" yorğundur. Premyer Liqa və ölkə kubokunda hədəflərinə çatmaq istəyirlər, amma…

Eyni futbolçular həftə ərzində iki dəfə meydana çıxmağa hələ hazır deyillər.

Hər həftə bir oyun keçirsələr, "Zirə"nin qarşısını almaq çətin olar.

"Zirə" ötən tur "Qarabağ"a qalib gəlmiş, oyunu 0:2-dən 3:2-yə gətirmiş komandadır.

Azərbaycanda neçə belə komanda var ki, "Zirə"nin etdiyini təkrarlasın? Xatırlamıram. Bu, birinci və bəlkə də sonuncu belə haldır.

"Qarabağ"la matçda gedişatı büsbütün dəyişməyi bacarmış "Zirə"nin "Neftçi"yə uduzmasında kor yabının əməlini axtarmalıyıq.

Bu, heç olmayan hadisədir. 88 dəqiqə 0:0 gedən qarşılaşmanın simasının əlavə vaxtda dəyişməsi, doğrudan da, Rəşad Sadıqov üçün şok oldu.

O, 1:1-ə razı idi. Fiziki yorğunluğun əziyyətini çəkən futbolçularına anlayış göstərərək. (Sportinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top