Naxçıvanda bu tenderlər də ləğv edildi — SƏBƏBLƏR

İQTİSADİYYAT 10 fevral 2025, 09:48
Naxçıvan MR Dövlət Energetika Xidmətinin 110/35/10 kV Çeşməbasar yarımstansiyası üçün iki ədəd 16 MVA transformatorun və Naxçıvan MR Mədəniyyət Nazirliyinin Heydər Əliyev Muzeyi üçün havalandırma, isitmə və soyutma sistemlərinin alınması və quraşdırılması ilə əlaqədar elan etdikləri tenderlər ləğv edilib.

Demokrat.az Pravda.az-a istinadən qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Bildirilib ki, birincinin ləğvedilmə səbəbi satınalmanın maliyyələşdirilməsinin dayandırılması, ikincinin ləğvedilmə səbəbi isə təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmamasıdır.

 Tenderin toplam dəyəri 2 165 126 AZN olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top