![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/10/1/bd70bd2f-c5e7-4deb-9eae-18910b58bf85/8ercuftgx7mdcoxhkitzszymwpcb8bg2ys29wn8w_1200.jpg)
Goranboyda baş verən qəzada ölən şəxslə bağlı bəzi detallar məlum olub.
Demokrat.az Teleqraf.az istinadla xəbər verir ki, rayonun Zeyvə kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən Məhəmməd Bayramov ailənin tək oğlu idi.
Belə ki, Səfikürd kənd sakini olan M.Bayramov nişanlı imiş, mart ayında toyu olacaqmış.
Onun atası Talıb Bayramov isə Birinci Qarabağ müharibəsinin veteranıdır, ağır döyüşlərdə iştirak edib.
Məhəmmədin ailəsi Səfikürd kəndində yaşayır, əsasən təsərrüfatla məşğuldur.
Məhəmməd Bayramovun fotosunu təqdim edirik:
![](https://publika.az/storage/2025/02/10/yj5ufyuipz2ql2pthrzh4n7twzisppuvuowjaazp_640.webp)