Ekvadorda prezident və parlament seçkisi keçirilir

DÜNYA 09 fevral 2025, 18:32

Ekvadorda prezident və parlament seçkisi keçirilir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, ali dövlət vəzifəsinə 16 namizəd, o cümlədən hazırkı Prezident Daniel Noboa var.

Onun əsas rəqibi, solçu "Vətəndaş İnqilabı" hərəkatının namizədi və keçmiş Prezident Rafael Korreanın (2007-2017) hökumətində müxtəlif vəzifələrdə çalışmış Luiza Qonsalesdir.

"Ipsos" sosioloji araşdırma mərkəzi tərəfindən açıqlanan ictimai rəy sorğusunun nəticələrinə görə, Noboa üçün 45,5%, Qonsales üçün isə 31,3% seçici səs verməyə hazırdır. Qalibiyyət üçün mütləq səs çoxluğu və ya ən azı 40% səs toplamaq lazımdır, lakin ən yaxın rəqibdən ən azı 10 faiz bəndi fərqi olmalıdır. Əgər 9 fevral tarixində heç bir namizəd lazımi dəstəyi əldə edə bilməsə, 13 apreldə ölkədə ikinci tur seçki keçiriləcək.

Ekvador vətəndaşları bu gün həmçinin birpalatalı parlamentin 151 deputatını seçməli olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top