Övladları Leyla Quliyevanı sevindirdi — FOTOLAR

ŞOU-BİZNES 09 fevral 2025, 18:13

Aparıcı Leyla Quliyeva övladları ilə bağlı paylaşımıyla diqqət çəkib.

Axşam.az xəbər verir ki, aparıcı övladlarının mükafat aldıqlarını deyib.

"Riyaziyyat heç vaxt mənim güclü tərəfim olmayıb. Meylim də olmayıb. Sadəcə, qiymət xatirinə, "sinifkom" adını doğrultmaq üçün oxumuşam.. Ona görə də heç vaxt Olimpiadalara qatılıb "riyaziyyat üzrə medalçı" olmamışam. Amma bu gün Beynəlxalq Kopernik Riyaziyyat Olimpiadasının Bürünc medalçısının və iştirakçısının anası olmağın qürurunu yaşadım. Həm qızım, həm oğlumla fəxr etdim. İçimdə böyük bir minnətdarlıq var! Allahıma, övladlarıma və onların müəllimlərinə təşəkkür edirəm. Təki bütün valideynlər bu hissi yaşaya bilsin" deyə, L.Quliyeva əlavə edib. 

Qeyd edək ki, ejissor Abbas Quliyevlə ailəli olan L.Quliyevanın Adnan adlı oğlu, İradə adlı qız övladı var.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top