![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2020/12/13/1/8861d3ec-abf7-4a4c-afc7-87f1bd63ed2f/aydin.jpg)
“USAİD-in ikinci Soros fondu olduğu heç kəsə sirr deyildi. Bəlkə də Soros ikinci USAİD idi. Maraqlısı odur ki, bu təşkilat Amerika administrasiyasının tərəfindən maliyyələşdirilirdi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəyev bildirib.
O qeyd edib ki, keçən il USAİD-in büdcəsi 40 milyard dollar olub:
“Bu, kifayət qədər böyük bir rəqəmdir. Qarşısına demokratiya, insan hüquqları məsələsi qoyulsa da, təşkilat ayrı-ayrı ölkələrinin daxili siyasətinə müdaxilə ilə məşğul idi. Bunun üçün oradakı siyasi partiyaları ələ alır, QHT-ləri maliyyələşdirir, media orqanlarına vəsait ayırır. Aydın məsələdir ki, kim ödəniş edirsə, sifarişi də o verir. İndiyə qədər xaricdə bir sıra mətbuat orqanları, özünü müstəqil adlandıran QHT-lər, Azərbaycan əleyhinə çirkin kampaniya aparırdı. Bunun arxasında USAİD-in durduğu heç kəs üçün sirr deyildi. Çünki ayrı-ayrı ölkələrdən gələn antiAzərbaycan bəyanatlarının əslində məzmunu bir idi. Sanki tapşırıq prinsipləri bir mərkəzdən gəlirdi. Bir çox ölkələr Soros kimi USAİD-in fəaliyyətindən çox ciddi narazı idi. Və axır ki, ABŞ siyasi elitası bu təşkilatın ilk növbədə ABŞ-nın maraqlarına zidd siyasət apardığının fərqinə vardı”.
Millət vəkili vurğulayıb ki, ayrı-ayrı ölkələrdə qarşıqlıq yaratmaq həmin ölkələrin, ölkə ictimaiyyətinin Amerikaya rəğbətini azaldırdı:
“Həmin ölkələrin zəifləməsinə səbəb olur və aydın məsələdir ki, ABŞ-nın milli maraqlarının heç də həmişə zəif ölkə ilə həyata keçmədiyi bəllidir. Buna görə də ABŞ-nın əvvəlki administrasiyalarının çirkin bir siyasəti ifşa olundu. Bu gün Tramp administrasiyası onu maliyyələşdirməkdən imtina edir. Onun işçilərini, layihələrini artıq maliyyələşməsini dayandırır. Düzdür, o demək deyil ki, xaricdə antiAzərbaycan kampaniyalar dayanacaq. Yenə də USAİD təşkilatı, erməni diasporu təşkilatı tərəfindən dəstəklənən fondlar Azərbaycan qarşı əleyhinə kampaniya aparacaqlar. Amma USAİD-in taleyi göstərir ki, çirkinlik, başqa ölkələrin daxili işlərinə qarışmaq, demokrat, yəni insanlıqlarını gözdən salmaq gec-tez öz nəticəsini alacaqdır”.
Leyla Turan
Demokrat.az