Zaqatalada minik maşını aşdı — Yaralılar var

HADİSƏ 08 fevral 2025, 00:29

Zaqatalada minik avtomobili aşıb, iki nəfər xəsarət alıb.

Qafqazinfo”nun,məlumatına görə, hadisə axşam saatlarında şəhərin Bayraq meydanı ərazisində baş verib.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxıb aşması nəticəsində Balakən rayon sakini 1993-cü il təvəllüdlü Paraşov Orxan Nurəddin oğlu və Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayev Sabir Fazil oğlu xəsarət alıblar.

Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə aparılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 fevral 2025, 21:59
07 fevral 2025, 21:34
07 fevral 2025, 21:15
Top