“Azərişiq” MEDİA ilə birgə Zəngilana media-tur təşkil edib — FOTOLAR

GÜNDƏM 07 fevral 2025, 22:13

“Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Zəngilana səfər təşkil olunub.

Demokrat.az xəbər verir ki, 10 fevral – “Azərişıq” ASC-nin 10 illik yubileyi ilə əlaqədar keçirilən media-tur çərçivəsində 50 nəfərədək KİV nümayəndəsi Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olub.

Burada qonaqlara yeni yaradılan mərkəzlə bağlı məlumat verilib. Bildirilib ki, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı ötən il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Müasir texnologiya və avadanlıqlarla təchiz olunan Mərkəzdə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Mərkəzin elektrik təchizatı üçün110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.

Daha sonra media nümayəndələrinin iştirakı ilə Mərkəzdə konfrans keçirilib. Tədbiri giriş sözü ilə Səhmdar Cəmiyyətin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev açıb. O,  “Azərişıq” ASC-nin təşkil etdiyi və qurumun 10 illik yubileyinə həsr olunmuş müsabiqə barədə məlumat verib. 

Bildirib ki, “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda media nümayəndələri arasında keçirilən müsabiqəyə müraciət qəbulu fevralın 14-dək davam edəcək.

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək 2015-2025-ci illər ərzində  “Azərişıq” ASC-nin keçdiyi inkişaf yoluna qısa nəzər salıb. Bildirib ki, qarşıya qoyulan əsas hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunandan dərhal sonra elektrik şəbəkəsinin yenilənməsi idi. Cəmi 1 ayda Şuşa şəhəri elektrik enerjisi ilə təmin olundu. Həmçinin digər regionlarda reallaşan 100 kənd layihəsi əsasında 2023-cü ildə 140-dək, 2024-cü ildə 120-dən çox kənd və qəsəbələrdə elektrik təsərrüfatı yenilənib. 2025-ci ildə də bu layihə uğurla davam etdirilir.

Konfransda “Azərişıq” ASC-nin 10 illik fəaliyyətini əks etdirən video-çarx da nümayiş olunub.

Çıxışlar zamanı “Azərişıq” ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov 10 illik fəaliyyəti dövründə qurumun əldə etdiyi nailiyyətlərdən bəhs edib. Asan Xidmətlə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov çıxışı zamanı media nümayəndələrinə elektron xidmətlər barədə məlumat verib.

Sonda çıxış edən “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev bildirib ki, 10 il ərzində ölkəüzrə enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-ə yüksəlib, texniki itki göstəriciləri 13,9 %-dən 8,5 %-ə endirilib. Sonda qonaqlar Zəngilanın elektrik enerjisi ilə təminatı üçün çəkilən 35 kV-luq ÖİN-3 kabel xətti ilə tanış olublar.





   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 fevral 2025, 21:59
07 fevral 2025, 21:34
07 fevral 2025, 21:15
Top