![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/4/25/1/57b15d99-87a2-4503-b56e-203d8a6d1e61/lacin.jpg)
Laçın şəhəri, Qayğı qəsəbəsi və 124 kənddən ibarət olan Laçın rayonunun işğal olunması nəticəsində 57 min 47 sakin məcburi qaydada evlərindən didərgin salınıb.
"Report" xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.
Qeyd olunub ki, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15 min 459 əmlak üzrə cəmi 2,7 milyard manatdan artıq maddi ziyan vurulub.
Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi
Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.