Millimizin rəqibləri açıqlandı

İDMAN 06 fevral 2025, 12:49
Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Demokrat.az  AFFA-nın saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.

B qrupunda yer alan yığmamız Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq komandaları ilə mübarizə aparacaq.

2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 fevral 2025, 15:55
06 fevral 2025, 15:03
Top