"Qarabağ" bu gün 1/4 finalda ilk oyununa çıxacaq

İDMAN 06 fevral 2025, 09:34
"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu bu gün keçirəcək.

Demokrat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Səbail"in qonağı olacaq.

Qarşılaşma saat 18:30-da start götürəcək.

Günün ilk görüşündə "Araz-Naxçıvan" və "Zirə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Matç saat 16:00-da başlayacaq.

Bu cütlərdə cavab oyunları müvafiq olaraq fevralın 27-si və 28-də təşkil olunacaq.

Qeyd edək ki, ötən gün "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top