Qəzanın təhqiqatına dair ilkin hesabat açıqlandı — FOTOLAR

GÜNDƏM 04 fevral 2025, 19:43

Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə baş vermiş qəzanın təhqiqatına dair ilkin hesabat”ı dərc edib.

“Qafqazinfo”nun məlumatına görə, bu hesabatda  təqdim olunan məlumatlar ilkindir. 

İş başa çatdıqdan sonra nəticələrə dair Yekun Hesabat hazırlanacaq.

Hesabatda istintaq komissiyasının hava gəmisinin konstruksiyasının zədələnməsinin ətraflı yoxlanılmasını davam etdirdiyi bildirilir.

“Qorunub saxlanılan fraqmentlərin ilkin müayinəsi nəticəsində təyyarənin quyruq hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxsaylı deşik və qeyri-deşik zədələr aşkalanıb. Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində də aşkar edilib. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir”, - hesabatda qeyd olunub.

 









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 fevral 2025, 19:27
Top