Hamının yolunu kəsən xanım sürücü barmağını çıxarıb... — VİDEO

GÜNDƏM 04 fevral 2025, 15:12
Bakıda yol hərəkəti qaydasını pozan xanım sürücünün hərəkətləri kameraya düşüb.

Demokrat.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə fevralın 2-də, paytaxtın Parlament prospektində qeydə alınıb.
 
Belə ki, 90-UA-313 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü sol zolaqda asta sürətlə hərəkət edərək arxadan gələn sürücülərin ötməsini çətinləşdirib. Öncə sürücülərdən biri işıq siqnalı ilə yol istəyib. Lakin bunun mənasız olduğunu görərək sağdan ötməyə məcbur olub. Daha sonra görüntünü qeydə alan sürücü işıq və səs siqnalları ilə yol istəyərkən, xanım sürücü əlini bayıra çıxararaq barmağı ilə sağ tərəfdən ötməyi işarə edib.
 
Arxadan qeydə alınmış videodan aydın şəkildə görünür ki, xanım sürücü Mikayıl Müşfiq küçəsilə kəsişmədə sol zolaqdan sağa dönərək qaydaları yenidən pozub.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 fevral 2025, 17:07
Top