Məktəblər avtobusla təmin olunur? — Ekspert açıqladı

GÜNDƏM 04 fevral 2025, 15:04
Bakıda 2030-cu ilədək məktəb avtobuslarından istifadə təmin olunacaq. Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadə təşkil ediləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.


Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.

O 2025-2030-cu illər üçün Dövlət Proqramının əsas mahiyyətindən danışıb:

“Şəhərin mərkəzində olan məktəblərdə valideynlərin, sürücülərin, onların yaxınlarının nəqliyyat vasitəsilə məktəbə gəlməsi və məktəb ətrafında dramatik hadisələrin yaşanmasına gətirib çıxarır. Bu da zaman-zaman xaosun yaranmasına səbəb olur. Onun üçün də proqramda təsdiq olunacaq və bu yöndə istifadə olunacaq məktəblilər ümumi olaraq avtobuslarla gedib gəlməsi olduqca müsbət haldır. Bunun iki həlli variantı ola bilər. Birinci həlli ondan nibarət ola bilər ki, avtobusları məktəblər təşkil etsin və yaxud avtobus olan şəxslərin məktəblər üçün istifadə edilsin. Yəni, iki variant optimal variantdır, hansıkı, ümumi olaraq xətlərdən ayrılmış, istifadə olunmayan avtobuslar bu yolla istismar edilə bilər və yaxud yeni avtobuslar gətirilərək məktəblər üçün ayrıla bilər. Bu yöndə olan bütün işlər əsas işlərdən biridir və bu, alqışlanası bir proqramdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 fevral 2025, 17:07
Top