AFFA rəhbərliyi Yunis Hüseynovu təbrik edib — FOTO

İDMAN 03 fevral 2025, 15:00

AFFA rəhbərliyi Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynovu 60 illik yubileyi münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Y.Hüseynovla görüşərək ona federasiya adından təbrikləri çatdırıb, Azərbaycan millisinin 60 nömrəli formasını hədiyyə edib.

Qeyd edək ki, bu il fevralın 1-də Y.Hüseynovun 60 yaşı tamam olub.

Hüseynov futbolçu karyerası ərzində "Neftçi", "Kəpəz" və "ANS Pivani" klublarında oynayıb. O, baş məşqçi kimi isə "Karvan", "Standard", "Xəzər Lənkəran"da işləyib. Hazırda "Turan Tovuz"da baş məşqçinin köməkçisidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fevral 2025, 17:54
Top