Su polisi qanunsuz balıq ovlayan şəxsi SAXLADI

HADİSƏ 01 fevral 2025, 17:00
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ekologiyaya zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovu ilə məşğul olan B.Məhəmmədovu saxlayıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Həmin şəxsdən 154 ədəd müxtəlif növ balıq, eləcə də ov qurğuları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 fevral 2025, 00:29
01 fevral 2025, 20:12
Top