Spirtli içkilərin qiyməti bahalaşacaq? — AÇIQLAMA

GÜNDƏM 31 yanvar 2025, 19:02
Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək. Belə ki, yeni qanuna əsasən, alkoqollu içkilərin müəyyən edilmiş qiymətdən aşağı qiymətə satılması qadağan olunub. Qanunda edilən dəyişikliyin alkoqollu içkilərin qiymətinə necə təsir edəcəyi isə əsas maraqlı məqamlardan biridir.

Spirtli içkilərin bahalaşacağı gözləniləndir?
 
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, bu qərar parlamentdə müzakirə olunanda deputatların müzakirəsi zamanı bəlli oldu:

“Bu, spirtli içkilərin minimum qiymətini  müəyyənləşdirilməsi keyfiyyətin yüksəldilməsi ilə əlaqələndirildi. Keyfiyyətli içkinin müəyyən məbləğdə bir qiyməti olmalıdır, keyfiyyətsizdən fərqlənməlidir. Minimum qiymətin müəyyən edilməsi bu məqsədi hədəfləyir.  Hesab etmirəm  ki, alkoqollu  içkilərin minimum qiymətinin müəyyən edilməsi içki bazarında keyfiyyətin yüksəlməsinə təsir göstərsin.Ola bilər ki, keyfiyyətsiz içkilərin məcburən minimum qiymətə satılması, onların bazarları müəyyən qədər öldürəcək.Amma keyfiyyətin yüksələcəyinə bu yolda nail olmaq mümkün deyil”.

İqtisadçı bildirib ki, keyfiyyətin yüksəlməsinə nail olmaq üçün, bazara nəzarət mexanizmi müəyyənləşdirilməlidir:

“İctimai qaydada nəzarət müəyyənləşdirilməlidir. İnzibati nəzarət heç bir səmərə verə bilməz. O ki, qaldı, spirtli içkilərin qiymətinin artmasına, bu artacaq. Amma, mən bu artımı bir tərəfdən də ictimai təhlil  baxımından təqdir edirəm.  Spirtli içkilərin qiyməti ümumiyyətlə nə qədər çox olsa yaxşıdır. Çünki o qiymətin baha olması  bəzi insanları spirtli içkilərdən çəkindirə bilər.  Əsasən də gənclərin, uşaqların bu spirtli içkilərə meyillənməsinin qarşısını ala bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 yanvar 2025, 20:26
31 yanvar 2025, 18:38
Top