Məhkum və həbs edilmiş şəxslər səsvermə hüququndan istifadə edirlər

GÜNDƏM 29 yanvar 2025, 16:29
Azərbaycanda keçirilən növbəti bələdiyyə seçkiləri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan məhkumlar və həbs edilmiş şəxslər, həmçinin Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular hər bir Azərbaycan vətəndaşı kimi seçki hüquqlarından istifadə edirlər.

Penitensiar xidmətin mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, bu məqsədlə bütün digər seçki məntəqələrində olduğu kimi, qurumun tabe qurumlarında da əlverişli seçki mühiti yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub.

Məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Səsvermə prosesi müşahidəçilər tərəfindən izlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top