Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

DÜNYA 28 yanvar 2025, 00:28
Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin xarici işlər nazirləri Ukrayna münaqişəsi ilə bağlı yanvarın 31-də başa çatan Rusiyaya qarşı sanksiyaların müddətinin 6 ay müddətinə uzadılması barədə razılığa gəliblər.

Demokrat.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətindəki mənbə məlumat verib.

Bu məlumatı daha sonra Aİ diplomatiyasının rəhbəri Kaya Kallas da təsdiqləyib.

“Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması ilə bağlı razılığa gəldilər. Bu, Moskvanı müharibəni maliyyələşdirmək üçün gəlirlərdən məhrum edəcək”, - deyə o, “X” sosial şəbəkə səhifəsində qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top