İraqın Haaqadakı səfirliyində yanğın baş verib

DÜNYA 27 yanvar 2025, 23:30
İraqın Haaqadakı (Niderland) səfirliyinin binasında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.

Qeyd olunur ki, işçilər binanı tərk edə biliblər. Bir nəfər tüstüdən zəhərlənərək təcili tibbi yardıma müraciət edib.

Məlumata görə, yanğın damda başlayıb. Ehtiyat tədbiri olaraq yaxınlıqdakı orta məktəbdən şagirdlər təxliyə edilib.

Yanğının səbəbi barədə hələlik məlumat verilmir. Hadisə yerində yanğınsöndürənlər işləyir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top