Müğənni İrem Derici ötən həftə konsert üçün getdiyi Adanada xoşagəlməz hadisə ilə üzləşib.
Hoteldə yıxılaraq başı yerə dəyən Derici təcili xəstəxanaya çatdırılmışdı. Ötən gün Bebekdə görüntülənən sənətçi hadisənin detallarını açıqlayıb:
"Konsert günü bir bədbəxtlik yaşadıq. Dodağıma baxın, başım da şişib. Mən yuxuda gəzirəm. Evimdən kənarda qalanda gecələr divarlara və ya başqa bir şeyə çırpıla bilərəm. Təcili yardım gəldi, xəstəxanaya getdim. Heç bir problem yoxdur dedilər. Lunatizmdən müalicə olunacağam". (Axşam.az)