“Konstitusiyaya dəyişiklik müzakirə olunmur” — Hökumət rəsmisindən açıqlama

DAXİLİ SİYASƏT 26 yanvar 2025, 14:59
“Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur”.

Demokrat.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrdən APA-ya bildirilib.

“Belə bir dəyişikliyə hazırlaşmırıq. Bunu müzakirə edənlərin hansı məqsəd daşıdıqları, bu informasiyaların hansı zərurətdən yarandığı da bizə məlum deyil”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə, eləcə də yerli KİV-də Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar yayılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top