Son zamanlar sosial şəbəkələrdə yarımfabrikat qidalar satışa çıxarılır.
Xezerxeber.az-ın məlumatına görə, bunların arasında düşbərə, qutab, gürcü xəngəli və digər məhsullardır.
Paytaxtda apardığımız sorğu zamanı bu qidaların keyfiyyət baxımından yaxşı olduğunu deyənlər də, əksini iddia edənlər də oldu.
Qida eksperti Məhsəti Hüseynova isə deyir ki, yarımfabrikat qidalar sürətli və rahat istehlak üçün nəzərdə tutulub. Onların istehsalı və saxlanması zamanı gigiyena standartlarına əməl edilməməsi ciddi sağlamlıq riskləri yarada bilər.
Ekspert onu da bildirdi ki, sosial şəbəkələrdə satılan yarımfabrikat qidaların hamısı ziyanlı deyil. Təmiz şəraitdə hazırlanan kifayət qədər qidalar da var. Bunun üçün həm istehsalçılar, həm də istehlakçılar gigiyenik qaydalara ciddi riayət etməli, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə önəm verməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.