Tək məşq etmək kifayət deyil: Uzun müddət oturmağın gizli təhlükəsi

DÜNYA 24 yanvar 2025, 19:45
Yeni bir araşdırma oturaq həyatın ürək sağlamlığına mənfi təsirlərini bir daha ortaya qoydu. Gündə 10 saatdan çox oturaq qalmanın, hətta müntəzəm idman edən fərdlərdə belə ürək çatışmazlığı riskini əhəmiyyətli dərəcədə artırdığı bildirilib.

Demokrat.az xəbər verir ki, Massaçusets Ümumi Xəstəxanasından olan elm adamları, idmanın gündəlik fəaliyyətin yalnız kiçik bir hissəsini təşkil etdiyini bildirib.

JACC elmi jurnalında nəşr olunan araşdırmada İngiltərə biobankında qeydiyyatdan keçmiş təxminən 90 min adamın 7 illik sağlamlıq məlumatları araşdırılıb.

Tədqiqatda iştirakçıların hərəkətləri biləklərinə taxılan akselerometrlər ilə qeydə alınıb və hərəkətsizlik dövrləri ilə ürək xəstəlikləri arasındakı əlaqə araşdırılıb.

Tədqiqatın nəticələrinə görə, gündə 10,5 saatdan çox oturaq vəziyyətdə olan şəxslərdə ürək çatışmazlığı, atrial fibrilasiya və miokard infarktı riskinin əhəmiyyətli dərəcədə artması müşahidə edilib. Xüsusilə hərəkətsiz qalma müddəti 10,5 saatı keçdiyi üçün ürək çatışmazlığı riskində ciddi artım olduğu bildirilib.

Araşdırma, həftədə tövsiyə olunan 150 dəqiqə idman edən fərdlərin belə uzun müddət oturaq qalmasının ürək çatışmazlığı və ürək xəstəliklərindən ölüm riskini azaltmaq üçün kafi olmadığı vurğulanıb.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top