İranda strateji dəmir yolu xəttinin tikintisinə bu tarixdə başlanılacaq

DÜNYA 24 yanvar 2025, 18:20
İranın Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə 2025-ci ilin martından sonra başlanılacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali məlumat verib.

Onun sözlərinə görə, Moskvada danışıqlar zamanı tikintinin mart ayının sonuna qədər başlanmasına dair saziş imzalamaq barədə razılığa gəliblər.

Uzunluğu 162 km olan Rəşt-Astara hissəsi İranın ən mühüm dəmir yolu  layihəsidir. Yol İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirməli olan Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhliz, öz növbəsində, Rusiya, İran, Azərbaycan və Hindistan avtomobil yollarının inteqrasiyası üçün nəzərdə tutulan beynəlxalq Şimal-Cənub layihəsinin bir hissəsidir.

Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top