Bir çox vətəndaşlar bəzi marketlərdə verilən çeklərin fiskal və ya QR-kodların oxunmamasından şikayət edirlər.
Demokrat.az xəbər verir ki, marketlərin bir çoxunda verilən qəbzlər keyfiyyətsiz olduğu üçün müştərilər əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılmasından yararlana bilmirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ƏDV-nin qaytarılması hökumətin sosial siyasətinin bir hissəsidir:
"ƏDV çeklərinin düzgün formada verilməməsi istehlakçı hüquqlarının pozulmasıdır və vətəndaşlar bu kimi hallarla rastlaşdıqda "195" qaynar xəttinə şikayətlərini bildirməlidirlər".
Ətraflı ARB TV-nin süjetində: