ABŞ-da “iPhone” BAHALAŞDI

İKT 22 yanvar 2025, 20:39
Amerikalılar “TikTok” proqramını dəstəkləyən “iPhone” telefonlarının satış qiyməti 46 min dollara qədər yüksəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə “NewsWeek” məlumat yayıb.

“TikTok”un ABŞ-da təxminən 170 milyon istifadəçisi var. Bağlandıqdan 14 saat sonra yenidən əlçatan olsa da, proqram hələ də “App Store” və “Google Play”də mövcud deyil.

Bununla əlaqədar olaraq, bəzi amerikalılar “eBay”də əvvəlcədən yüklənmiş  “TikTok” proqramı olan “iPhone” telefonlarının qiymətini 9 min dollardan 46 min dollara qaldıraraq satmağa başlayıblar. Bu qiymət yeni “Apple” smartfonlarının qiymətindən on dəfə yüksəkdir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top