Azərbaycan səfirliyində bayraqlar yarıya endirildi

XARİCİ SİYASƏT 22 yanvar 2025, 19:00
Azərbaycanın Türkiyədəki səfirliyi Bolu vilayətindəki yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar elan olunmuş matəm çərçivəsində bayraqları yarıya qədər endirib.

Demokrat.az xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədov “X” sosial şəbəkəsində yazıb.

"Qardaş Türkiyə ilə həmrəylik əlaməti olaraq Bolunun Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğında insanların həlak olması ilə əlaqədar elan edilmiş birgünlük milli matəm çərçivəsində bayraqlarımızı yarıya qədər endirdik. Bu faciədə həlak olanların yaxınlarına və bütün türk xalqına bir daha başsağlığı veririk. Allah rəhmət eləsin", - paylaşımda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top