Rəqəmsal transformasiyanın iqtisadi artımın əsas amili olduğu, sürətlə dəyişən qlobal şəraitdə Azərbaycan həm yerli, həm də beynəlxalq investisiyalar üçün cəlbedici mühit yaratmaqla rəqabətqabiliyyətli mövqe tutmaq üçün tədbirlər görür.
Demokrat.az “Report”a istinadən xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (WEF) “Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024” adlı hesabatında qeyd olunub.
Bildirilir ki, Azərbaycanda reallaşdırılan “Digital FDI” layihəsinə bir sıra strateji görüşlərlə start verilib: “Azərbaycanın rəqəmsal iqtisadiyyatında fəaliyyət göstərən yerli və beynəlxalq müəssisələrlə keçirilən sorğular və müsahibələr bazar dinamikası, çağırışlar və potensial haqqında ətraflı məlumat əldə etməyə imkan verib”.
Vurğulanıb ki, “Digital FDI” təşəbbüsü artıq Azərbaycanda innovasiya və sahibkarlıq mədəniyyətinin inkişafına əhəmiyyətli təsir göstərir: “Seminarlar bilik mübadiləsinə və yerli biznesin qlobal rəqəmsal transformasiya tendensiyalarına uyğunlaşdırılmasına strateji dəstək verib. Şirkətlər və startaplar rəqəmsal hazırlıq səviyyələrini qiymətləndirmək və inkişaf sahələrini müəyyənləşdirmək üçün praktiki tövsiyələr alıblar və bu da onların investisiya cəlb etməsinə və fəaliyyətini genişləndirməsinə şərait yaradır”.
Hesabata əsasən, layihə çərçivəsində “InvesTech” kalkulyatoru yaradılıb: “Bu, rəqəmsal investisiya mənzərəsi haqqında aydın məlumat təqdim edərək investisiya qərarlarının qəbulunu sadələşdirmək üçün nəzərdə tutulub. Bu alət layihənin strategiyasının mühüm hissəsini təşkil edir və prosesin şəffaflığını artırmaqla yanaşı, daha çox birbaşa xarici investisiya cəlb etməyə yönəlib”.
Hesabatda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun da fikirlərinə yer verilib. O qeyd edib ki, 2024-cü ilin iyun ayında dərc edilən Dünya İqtisadi Forumunun “IDEA: Investing in the Digital Economy of Azerbaijan” təşəbbüsü Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühit yaradılmasında nailiyyətlərini yüksək qiymətləndirib.
Hesabatda deyilir ki, xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması, rəqəmsallaşmanın inkişafı və müvafiq addımların atılması ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.