Şəmkirdə 31 yaşlı oğlan sevgilisini döydü

KRİMİNAL 22 yanvar 2025, 16:20
Şəmkir rayonunda 1994-cü il təvəllüdlü Sərxan sevgi münasibətində olduğu Sənəmə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Sərxan sevgi münasibətində olduğu Sənəm ilə arasında qısqanclıq zəminində mübahisə baş verib. 

Mübahisənin baş verməsinə səbəb isə Sərxanın Sənəmə əvvəllər başqa şəxslər ilə qeyri-rəsmi münasibətdə olmasını deməsi olub. Baş vermiş mübahisə zamanı Sərxan bir neçə dəfə Sənəmin sifətinə şillə vurub. 

Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, hadisə günü saat 15 radələrində yaşadığı evdə qeyri-rəsmi yaşadığı Sənəmin başqa kişilərlə qeyri-rəsmi münasibətdə olması barədə eşitdiyi məlumatlara görə qısqanclıq zəminində aralarında mübahisə baş verib: 

“Belə olan halda əsəbləşdim. Yumruq zərbələri ilə Sənəmin sifət və bədən nahiyələrinə zərbələr vuraraq onu döydüm”. 

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sərxanın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 yanvar 2025, 17:46
Top