"İslamda sünnət deyilən şey yoxdur" — İlahiyyatçıdan şok açıqlama

SOSİAL 21 yanvar 2025, 13:24
Tanınmış türkiyəli ilahiyyatçı Əbdüləziz Bayındır izləyicilərinin suallarını cavablandırarkən, İslamda sünnət mövzusuna dair mübahisəli açıqlamalar verib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Bayındır Quranda sünnət haqqında heç bir qayda və ya hökmün olmadığını bildirib:

"İslamda sünnət deyilən bir şey yoxdur" .

Bayındır İslamın mövcud prinsiplərinə əsaslanaraq, sünnət tətbiqinin yalnız Tövratda yer aldığını qeyd edib. O, İbrahim əleyhissalamın 13 yaşında olduğu bir dövrdə sünnət olduğunu, lakin bu qaydanın Quranda öz əksini tapmadığını vurğulayıb. 

Bu açıqlama İslam dünyasında sünnət mövzusunda uzun müddət davam edən mübahisələri yenidən gündəmə gətirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 yanvar 2025, 15:21
Top