Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Sazişin imzalanması Vaşinqtonda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Entoni Blinkenin görüşündə baş tutub.
Ermənistanın ABŞ-la strateji müttəfiqliyi onun regionda beynəlxalq güclər arasında toqquşma mərkəzinə çevriməsinə səbəb ola bilərmi? Ermənistanın regionda ikinci Suriya dövlətinə çevrilməsinə zəmin yaradırmı?
Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında bildirib ki, oradakı yanaşma Ermənistanın konkret olaraq ABŞ-nın ordusunu qəbul etməyə hazırlandığını göstərir:
“Bu, Rusiyanın əleyhinədir. Bu, bölgədə Azərbaycanın əleyhinədir. Daha çox Suriyaya qədər ABŞ-nın Ukrayna və Gürcüstan ilə imzaladığı müttəfiqlik sazişinin oxşarıdır. Nəticə etibarilə növbəti bir Gürcüstan, Ukrayna yaratmaq cəhdidir. Nəticədə bölgə üçün ciddi problemlərin başladığının da adıdır. Gedişat da onu göstərir ki, Ermənistan bölgə üçün ciddi bir partlama həddinə gələn məkana çevrilir”.
Leyla Turan
Demokrat.az