ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatında çıxışında Rusiya prezidenti Vladimir Putinin onunla görüşmək istədiyini və bu görüşə hazırlıq getdiyini söyləyib. Rəsmi Moskva Donald Trampın Putinlə dialoq qurmaq istəyini alqışlayır, lakin hələlik görüş üçün konkret plan yoxdur.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır, bunun üçün ABŞ-nin siyasi iradəsi lazımdır.
Əlavə olaraq, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş üçün hazırlıqların getdiyini bildirib.
Məsələ ilə bağlı politoloq Mətin Məmmədli Demokrat.az-a açıqlamasında bildirib ki, Tramp və onun komandası Rusiya prezidenti ilə görüşmək arzusundadır:
“Eyni zamanda Rusiya prezidenti də Trampla görüşmək marağındadır. Bütövlükdə, Tramp və Putin görüşü baş tutarsa, müharibənin gedişinə ciddi təsir göstərə bilər. Ona görə ki, Trampın Bayden administrasiyasından fərqli olaraq Rusiya-Ukrayna müharibəsinə müxtəlif baxışları var. Tramp və komandası qısa müddət ərzində müharibənin dayandarılmasının tərəfdarı kimi çıxış edir. Münaqişənin yalnız danışıqlar yolu ilə həllinin tərəfdarıdırlar. Bu səbəbdən də düşünürəm ki, əgər görüş baş tutarsa, onlar müəyyən məsələlərlə bağlı razılığa gələ bilərlər.
Əgər Rusiya yaxın zamanlarda Ukraynanın şərq cəhəbəsində daha ciddi irəliləyişlər əldə etməzsə, Putin Trampla kompromisə gələcək. Burada təbii ki, Ukraynanın və Avropa tərəfdaşların mövqeyini də nəzərə almaq lazımdır”.
Leyla Turan
Demokrat.az