Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur. Bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10 faizindən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda, davranış modeli əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10 faizinə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.
Bununla bağlı iqtisadçı ekspert Elşad Məmmədov Demokrat.az-a açıqlama verib.
O bildirib ki, ölkədə pul kredit siyasətinin şaxələndirilməsi və yumşaldılmasına böyük ehtiyac var:
“Bu gün iqtisadiyyatın prioritet istiqamətləri üçün məqsədli, yumşaldılmış, əlçatan kredit resursları bazara, real istehsal sektoruna təklif olunmalıdır. Bunun üçün emissiya həyata keçirilməlidir. Eyni zamanda banklar iqtisadiyyatdakı rentabilik göstəricilərinə və iqtisadiyyat üçün prioritet olan istiqamətlərə əsaslanaraq ilk növbədə kredit siyasətini həyata keçirməlidir. Bunun üçün bankların müvafiq qaydada Mərkəzi Bankdan aldığı vəsait kanalları tətbiq edilməlidir. Xüsusilə rəqəmsallaşma şəraitində bunu etmək, məncə, çox rahatdır. Bütün bunlar real sektorda investisiyaların artımına xidmət etməlidir. İlk növbədə iqtisadiyyatın prioritet istiqamətlərinə müvafiq əlçatan şərtlərlə kredit axınlarının və onların investisiyalara çevrilməsinin təminatı reallaşdırılmalıdır.
Kreditlər təyinatı üzrə istifadə olunursa, həmin sahibkarlar müvafiq qaydada sonrakı dövrlərdə də davamlı şəkildə kredit resursları ilə əlçatan şərtlər çərçivəsində təmin olunmalıdırlar. Bu davranış modeli tətbiq olunsun, amma davranış modeli ilə paralel həmin vəsaitlərin iqtisadiyyat üçün nə dərəcədə prioritet olması nəzər alınsın. Ona uyğun da faiz dərəcələri dəyişsin. Çünki kənd təsərrüfatı ilə maliyyə sektorunu eyni faizlərlə kreditləşdirmək və yaxud istehlak krediti ilə istehsala yönəlik kreditləri eyni faizlərlə maliyyələşdirmək heç bir məntiqə sığmır. Bunun iqtisadi inkişafa müsbət təsirlərini gözləmək, zənnimcə, qeyri-mümkündür”.
Leyla
Demokrat.az