Dumanlı hava şəraiti müşahidə olunur — FAKTİKİ HAVA

SOSİAL 12 yanvar 2025, 14:30
Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb.

Dumanlı hava Bakıda və Abşeron yarımadasında eyni zamanda Şahbuz, Naxçıvan, Culfa, Quba, Qusar, Sabirabad, Yevlax, Cəfərxan, Neftçala, Şabranda görünüş məsafəsinin 50-500 metrədək məhdudlaşmasına səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top