Türkiyənin yeni səfirinin Azərbaycanda vəzifəsinin icrasına nə vaxt başlayacağı məlum olub

SİYASƏT 11 yanvar 2025, 10:54
Türkiyənin yeni səfiri Birol Akgünün Azərbaycanda diplomatik fəaliyyətinə nə vaxt başlayacağı məlum olub.

Demokrat.az report-a istinadən xəbər verir ki, diplomatın gələn ay Bakıya gələcəyi və fevralın 1-dən vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top