"Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan dövləti ardıcıl addımlar atır. Dəhlizin açılması Ermənistanın öhdəliyidir. Ermənistan üçtərəfli bəyənatda da dəhlizin açılması öhdəliyini öz üzərinə götürür. Azərbaycan öz ərazisi olan Naxçıvanla quru yolla əlaqə saxlamalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
"Dövlət başçısının da qeyd etdiyi kimi dəhlizin açılması Ermənistanın suverenliyinə heç bir təhdid yaratmır. Bu həm sülh müqaviləsinin imzalanması, həm də Cənubi Qafqazda əmin-amanlığın yaranmasında addım olacaq. Digər texniki məsələlər isə iki dövlət arasında həll olunacaq məsələlərdir. İstənilən halda dəhliz açılmalıdır. Bölgədə iqtisadi maraqlar təmin olunmalıdır. Dəhlizdən Ermənistan da yararlana bilər. Şimal-Cənub nəqliyyat qovşağı, Şərq və Qərbin birləşdirən ticarət yolunun asanlaşmasına zəmin yaranacaq. Ümumilikdə Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, qlobal əhəmiyyətli böyük layihədir. Azərbaycan dəhlizin açılması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Dəhlizlə bağlı Azərbaycan dövlətinin prinsipial mövqeyinin şahidi oluruq. Cənab Prezifentinin də qeyd etdiyi kimi nəyin bahasına olursa olsun dəhliz açılacaq. Artıq beynəlxalq güclərində dəhlizin açılmasına marağı var. Maneə olmaq istəyənlər nəticə əldə edə bilməyəcək. Çünki həmin qüvvələr Cənubi Qafqazda məğlub olublar".
Əfsanə Kamal
Demokrat.az