“Bizə heç bir demokratiya, söz azadlığı, insan hüquqları və s. mənəviyyatsızlığa və əxlaqsızlığa göz yummağa əsas vermir. Belə işlərlə məşğul olanlar sosial şəbəkələri bəhanə edirlər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib. O bir sıra məsələlərə öz narazılığını belə ifadə edib:
“O gün sosial şəbəkədə iki qız gördüm. Elə söyüşlərdən istifadə edirdilər ki, kişi xeylağı onu dilə gətirə bilməz. Bunlar dəlidir, əxlaqsızdır, təxribatçıdır, nə ad desən onlara yaraşır. Ağcaqanad insanı dişləyəndə onu öpüb gözüstə qoyurlar? Yox! Öldürürlər. Ağcaqanaddan xilas olmaq üçün dərmanlar axtarırlar. Ancaq təsəvvür edin ki, insan adı və təfəkkürü ilə cavan qız və oğlanlar elə işlər görür ki, onları yandırmaq lazımdır.
Çinə nəzər salaq. Niyə görə bu ölkə aqrar faciələr yaşayarkən qısa zaman kəsiyində dünyanın ən inkişaf etmiş iqtisadi ölkəsinə çevrildi? Müharibədən çıxmış Yaponiya inkişaf etdi və haralara qədər gəlib-çatdı. Çünki o ölkələr ilk növbədə insan resursunu, əxlaqi və mənəvi dəyərləri, məsuliyyəti və qayda-qanuna riayəti tənzimlədilər. Bunu da amansız cəzalar təyin etməklə bacardılar. O dəfə baxıram ki, korrupsiya ilə məşğul olan məmurları edam edirlər. O ölkələrdə sərt cəzalar sayəsində hər kəs qanuna əməl edir”.
Xalq artisti qanunların sərtləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb:
“Adını bilmədiyim bir deputat var. İxtisasca həkimdir, ancaq Milli Məclisdə İqtisadiyyat Komissiyasında fəaliyyət göstərir və nə istəyir onu danışır. Bizim bir köhnə tanışımız var. Köhnə iqtisadçı, həm də siyasətçilərdəndir. O qalıb bir tərəfdə, neçə ildir tibb sahəsi üzrə təhsil alan şəxs onun yerinə təyin edilib. Qardaş, axı sən iqtisadçı deyilsən, tibb sahəsi ilə məşğul olmalısan. Başlayırsan hətələm-pətələm danışmağa, camaat dq çaş-baş qalır. Yəni, hər şeyi kadr həll edir. Kadrlar düzgün yerə təyin edilməlidir. Qanunlar amansızcasına qəddar olmalı və güzəştə gedilməməlidir. Məhkəmə və cinayət işləri ilə məşğul olan strukturlar boşluqlarla doludurlar. Şəxsi, KİV, niyyət və maraq müstəvisində kim nə istəsə onu da edir. Nəticəsi isə əxlaqımıza, dəyərlərimizə, qanunlarımıza mənfi təsir göstərməsidir”.