Cənubi Koreyanın müvəqqəti prezidenti ABŞ ilə müttəfiqliyin davam edəcəyini açıqlayıb

DÜNYA 03 yanvar 2025, 19:13

Cənubi Koreya prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Çoy San Mok ABŞ-nin Seuldakı səfiri Filip Qoldberqlə görüşündə ölkəsində yaşanan siyasi problemlərin Seul və Vaşinqton arasındakı müttəfiqliyə xələl gətirmədiyini söyləyib.

Demokrat.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Çətin vəziyyətə baxmayaraq, tərəddüd etmədən Cənubi Koreya və ABŞ arasındakı güclü müttəfiqliyə əsaslanan diplomatik və təhlükəsizlik siyasətimizi davam etdirəcəyik”, - Çoy San Mok deyib.

O, həmçinin Cənubi Koreya, ABŞ və Yaponiya arasında əlaqələrin təşviqi üçün səy göstərilməsinə çağırış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top